Bağçalarda gündəlik iş rejimi və saatı müəyyənləşdi

Məktəbəqədər təhsil müəssisəsinin həftəlik iş rejimi və gündəlik iş saatı müəssisənin təsdiq edilmiş nizamnaməsi ilə tənzimlənir.
Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən "Sherg.az"a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq, bağçalar altı günlük iş həftəsində 9 saatlıq, 10 saatlıq, 12 saatlıq və 24 saatlıq iş günü, həmçinin beşgünlük iş həftəsində də 9 saatlıq, 10,5 saatlıq, 12 saatlıq iş günü üzrə fəaliyyət göstərə bilirlər.
“Aşağıdakı keçid vasitəsilə bağçaların iş rejimi ilə tanış ola bilərsiniz:
https://bit.ly/3XIk3Hx
Məktəbəqədər təhsil müəssisələrinin iş saatı ilə bağlı məlumatın əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar eyni zamanda Agentliyin yerli bölmələrinə və ya övladlarının təhsil aldığı təhsil müəssisəsinə müraciət edə bilərlər”,- deyə əlavə edilib.