Sumqayıtdan düz Qubaya: müəllimlə bir gün + VİDEO

Bir müəllimin manifesti. Və ya xəyallarını manifest edən Jalə Dənziyeva. Biologiya müəlliməsidir. Bəlkə də, onu günümüzün Çalıquşusu adlandıra bilərik. Amma Fəridədən fərqi odur ki, Jalə həyatdan küsərək ucqar kəndi seçməyib. Xəyallarının arxasınca gedib. Şagirdlərinə dərs demək üçün gününün 6 saatını yollarda keçirməli olur. Günü gecənin alatoranlığından başlayır. Sumqayıtdan düz Qubaya. Müəllim yoldaşları ilə avtobusa minərək sevimli məktəbinə tələsir. Rayona çatanda kəndə getmək üçün avtobusu dəyişməli də olur. Nə yuxusuz qalmaq, nə yol yorğunluğu, nə nəqliyyat problemi, nə də köhnə məktəb binası. Heç biri Jalə Dənziyevanı sevdiyi peşəsindən uzaq salmır. Qamqam kənd məktəbinin şagirdləri onu gözləyir axı.

“Sherg.az” İctimai TV-nin Sumqayıtdan Qubaya dərs keçməyə gedən müəllim barədə hazırladığı süjeti təqdim edir: