
Bu qədər rusdilli məktəbin olmasına ehtiyac yoxdur: Bu bir növ dəb xarakteri alıb -RƏY
11:55 10.02.2025
Elm və Təhsil
611
Son illər Azərbaycanda rus dilində təhsil alanların sayında artımın müşahidə edilməsi, cəmiyyətdə müxtəlif narahatlıqlara səbəb olub. Azərbaycanın müstəqillik əldə etməsindən sonra, ölkənin dil siyasəti Azərbaycan dilini əsas dil kimi təyin etməklə yanaşı, çoxdilliliyi də təşviq edib. Lakin son illərdə, xüsusilə bəzi şəhərlərdə və bölgələrdə, rus dilində təhsil alan tələbələrin sayı artıb. Bu, Azərbaycanın gələcəkdə həm daxili, həm də xarici əlaqələrində Azərbaycan dilinin önəmini azaltma riski yarada bilər. Belə bir dəyişiklik, həm də yerli mədəniyyətin və milli kimliyin təhlilinə təzyiq göstərmək potensialına sahibdir. Azərbaycanın bəzi məktəblərində rus dilində təhsil verən təhsil müəssisələrinin sayı artır. Bəzi valideynlər bu cür təhsil müəssisələrini, övladlarının daha geniş təhsil imkanlarına sahib olması və beynəlxalq səviyyədə müvəffəqiyyət qazanması baxımından daha əlverişli hesab edirlər. Amma bu, Azərbaycan dilinin daha az tədris olunmasına, gənclər arasında ana dilinə qarşı marağın azalmasına yol aça bilər.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, son dövrlər rus bölməsində övladının təhsil almasını istəyən kifayət qədər azərbaycanlı ailələr var:

“Bunlar bir növ dəb xarakteri alıb. Yəni belə hallar məhz bu amillərdən irəli gələrək daha da artıb. 4400 çox fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisəsində 314-ü məhz rus bölməsinə aid olması gələcək baxımından düşünəndə təhlükəli vəziyyət və təhlükəli rəqəmdir. Çünki Rusiyanın imperialist yanaşmaları məhz rus bölməsi, rus dilinin hələ tədrisi varsa, ora bir növ öz ərazisi kimi yanaşması məsələsi var. Çünki bu yaxınlarda Rusiya Federasiyasının başçısı məhz Qazaxıstanda rusdilli məktəblərin olmasının və yaxud rus bölməsinin olması, o cümlədən, rusdilli millətin olmasını əsas gətirərək, sanki Qazaxıstanı da Rusiyanın ərazisində hesab edirmiş kimi fikir səsləndirirdi. Əlbəttə ki, bu, onu deməyə əsas verir ki, Rusiya hələ də o imperialist şər, mövqeyindədir. Düşünürəm ki, burada valideynlər diqqətli olmalıdır. Azərbaycanlı valideynlər çalışmalıdırlar ki, Azərbaycan bölməsində təhsil alsın. Rus bölməsinə məhz rus dilini öyrənir deyə, yanaşmaq düzgün deyil. Çünki bu dövlətin təhsil siyasətinə, o cümlədən dövlətin siyasətinə ziddiyyət təşkil edir. Eyni zamanda, bu övladlarının gələcəkdə təhsil göstəricilərinə də təsirsiz ötüşmür. Məsələn, rus bölməsini Azərbaycan bölməsi ilə müqayisələndirsək, baxırıq ki, rus bölməsinin nəticələri Azərbaycan bölməsi ilə müqayisədə olduqca aşağıdır. Valideynlər bu amilləri nəzərə almalıdırlar. Bu qədər rusdilli məktəbin olmasına ehtiyac yoxdur. Rus bölməsi yalnız rusəsilli şəxslər üçün nəzərdə tutulub ki, bu da dövlətin tolerant yanaşmasından irəli gəlir. Yəni həmin ölkədə olan azsaylı slavyan xalqları, rusdilli xalqlar və onların nümayəndələrinin rus bölməsində təhsil almaları üçün bir növ dövlət imkan yaradır. Amma Azərbaycan vətəndaşlarının da bu istiqamətdə müraciətlərin çoxluğu əlbəttə ki, rus bölmələrinin yaradılması ilə nəticələnir ki, bu da doğru deyil. Dövlət də müəyyən tədbirlər alır. Məsələn, baxırıq ki, Azərbaycan vətəndaşıdır, rus bölməsində təhsil alıb və artıq öz dilini, öz tarixini, öz ədəbiyyatını unudur. Dövlət həm Azərbaycan dilini, Azərbaycan tədrisinə, o cümlədən tarixinin və ədəbiyyatının Azərbaycanda tədris olunmasına qərar verib və düşünürəm ki, bu da doğru qərardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevindik Hətəmovun oğlu şəhid övladını işdən çıxardı
19:01 10.12.2025
Hadisə
Azərbaycan Prezidenti Donald Trampa təşəkkür edib
18:51 10.12.2025
Rəsmi
Putin iki oğlunu gizlədirdi: ABŞ mediası üzə çıxardı
18:44 10.12.2025
Dünya
Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb
18:38 10.12.2025
Siyasət
Mikayıl Cabbarov Lord Con Alderdaysla görüşüb
18:18 10.12.2025
İqtisadiyyat
Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək
18:04 10.12.2025
Cəmiyyət
Livan xarici işlər naziri İrana səfərdən imtina etdi
17:58 10.12.2025
Dünya
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib
17:45 10.12.2025
Rəsmi
Nazirlər Kabineti arxiv idarələrinin siyahısında dəyişiklik edib
17:32 10.12.2025
Rəsmi
Putin Trampı ələ salır - Uilson
17:18 10.12.2025
Dünya
Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib
17:05 10.12.2025
Dünya
Gündə 8 min addım, yoxsa 7 saat yatmaq?
16:58 10.12.2025
Sağlamlıq
13 ildir “itmiş” təyyarə tapıldı, sahibi “bizim deyil” deyirdi
16:44 10.12.2025
Hadisə
ABŞ generalı Bakıdan sonra İrəvana yollanıb
16:28 10.12.2025
Cənubi Qafqaz
Paşinyan: Katolikos kilsə qaydalarına uyğun seçilməlidir
16:21 10.12.2025
Cənubi Qafqaz