Azərbaycanda üç kollecə yeni direktor təyin olunub
13:33 05.07.2024
Elm və Təhsil
935
“Sherg.az"-ın xəbərinə görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.
Qeyd edək ki, Ş.Laçınov bakalavriat təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsil menecmenti/Təhsil və insan inkişafı” istiqaməti üzrə almışdır. 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısı Ş.Laçınov bu təyinatadək Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.
D.Davudov Milli Aviasiya Akademiyasında “Hüquqşünas” ixtisası üzrə təhsil almış və 2018-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. D.Davudov müxtəlif notariat kontorlarında aparıcı mütəxəssis, vəkil bürosunda hüquqşünas vəzifəsində çalışıb. O, 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyətini davam etdirib.
S.Həmzəyeva isə 2005-ci ildə Bakı Qızlar Universitetinin Tarix və ictimaiyyət ixtisası üzrə bakalavriat təhsili alıb. O, Cəbrayıl rayon Hovuslu kənd orta məktəbində tarix müəllimi, Bakı Qida Sənayesi Kollecində tarix müəllimi, şöbə müdiri və direktor müavini vəzifələrini icra edib. S.Həmzəyeva bu təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
14:18 18.11.2026
Dünya
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
13:37 18.11.2026
Gündəm
İraq Baş naziri SEPAH-a xəbərdarlıq etdi
13:30 18.11.2026
Aktual
Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq
13:15 18.11.2026
Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb
12:54 18.11.2026
Ekologiya
DYP Samuxda baş verən qəza ilə bağlı məlumat yaydı
12:47 18.11.2026
Hadisə
Hikmət Babaoğludan Zahid Oruca irad: Bu, doğru deyil
12:40 18.11.2026
Cəmiyyət
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
12:33 18.11.2026
Siyasət
Dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
12:29 18.11.2026
Sağlamlıq
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
12:22 18.11.2026
Gündəm
Kilolu adamlarla bağlı ən son araşdırma - Az yaşayırlar
12:14 18.11.2026
Sağlamlıq
Hesablama Palatasının xərclərinə ayrılan vəsait artırılıb
12:12 18.11.2026
İqtisadiyyat
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
12:04 18.11.2026
İqtisadiyyat
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:53 18.11.2026
İqtisadiyyat