İmtahan Mərkəzi doğru qərar verib
Yusif Nəzərli
06:52 13.01.2022
Elm və Təhsil
915
Kompüter və İT ixtisasını seçənlər kimyadan deyil, informatikadan imtahan verəcəklər
Osman Gündüz: "Ali məktəblərə qəbul olanların rəqəmsal səviyyəsi xeyli artacaq"
“İki ildən sonra ölkədə ilk dəfə kompüter və İT ixtisası seçənlər informatikadan imtahan verəcəklər”. Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert bildirib ki, uzun illərdir bu ixtisası seçənlər kimyadan imtahan verirdi. Nəhayət, uzun zaman davam edən ictimai müzakirələrdən, müraciətlərdən sonra bu il Dövlət İmtahan Mərkəzi qərar verib ki, 2023-cü ildə qəbul imtahanı informatikadan olacaq:
“Bu qərar çox gec qəbul edilsə də, doğru və əhəmiyyətlidir. Ölkənin gələcək rəqəmsal mühitinə və transformasiya prosesinə, İT kadrların hazırlanmasına, rəqəmsal savadlılığın inkişafına bu qərar çox ciddi təsir edəcək. Ali məktəblərə qəbul olanların rəqəmsal səviyyəsi xeyli artacaq.
Dövlət İmtahan Mərkəzi qərarın icrası istiqamətində hazırlıqlara başlayıb, işçi qrup formalaşdırıb. İnformatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlanıb. Proqramda prinsipial məqam ondan ibarətdir ki, mövzular Təhsil Nazirliyi tərəfindən informatika istiqamətində gerçəkləşdirilən müxtəlif layihələr əsasında deyil, doğru olaraq V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular əsasında hazırlanıb. 2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər, müəllimlər, maraqlı tərəflər bu proqram əsasında imtahana elə indidən hazırlaşa bilərlər”.
O.Gündüz vurğulayıb ki, bütün maraqlı tərəflər, DİM, TN, məktəblər, şagirdlər, valideynlər və kurslar informatikadan imtahan hazırlığına ciddi hazırlaşmalıdır:
“İnformatikanın tədrisinin yaxşılaşması, müəllimlərin və şagirdlərin hazırlığının yüksəldilməsi üçün TN, məktəblər və valideynlər bu sahəyə resurslar ayırmalıdır.
Təmayülləşmə inkişaf etdirilməlidir. Sınaq imtahanlarının sayı artırılmalıdır. Artıq sosial mediadan da görünür ki, valideynlər daha hazırlıqlı informatika müəllimlərinin axtarışına başlayıblar.
Mövcud hazırlıq kursları, repetitorlar da bu məsələni gündəmdə saxlamalı, informatikadan hazırlıqlara başlamaq üçün zəruri olan addımlar atılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya