Nazir AzTU-ya yeni prorektor TƏYİN ETDİ
13:06 23.06.2021
Elm və Təhsil
594
Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Ucnoqta.az xəbər verir ki, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub. Bu vəzifəyə Kamran Rəsulovun təyin olunması təqdirəlayiqdir.
Kamran Rəsulov uzun illər AzTU-da bir sıra vəzifələrdə çalışıb, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Rektor yeni prorektora uğurlar arzu edib. Həmçinin AzTU-nun uzun illər Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən İsa Xəlilova uğurlu fəaliyyəti üçün təşəkkürlərini bildirib.
AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Kamran Rəsulov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını və AzTU-nun regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, Kamran Rəsulov 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bakalvariat, 2010-2012-ci illərdə isə maliyyə ixtisası üzrə magistratura səviyyəsində bitirib. Əmək fəaliyyətinə AzTU-da başlayıb. 2012-ci ildən AzTU-nun İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosent əvəzi işləyir.
2016-cı ildən indiyə kimi Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi və baş məsləhətçisi vəzifələrində çalışıb. Təhsil Nazirliyində işlədiyi müddətdə ali və orta ixtisas təhsili müəssisələri üçün tədris-metodiki və hüquqi sənədlərin hazırlanmasında iştirak edib. Həmçinin Azərbaycanda keçirilən müxtəlif sosialyönümlü beynəlxalq və yerli tədbirlərdə ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinin və könüllü tələbələrinin iştirakının təmin olunmasında, onların ölkəmizin adının beynəlxalq arenaya çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsində qurumlararası koordinasiyanı həyata keçirib.
Kamran Rəsulov iqtisad üzrə fəlsəfə doktorudur. 20 elmi məqalənin, 1 dərs vəsaitinin və magistratura səviyyəsində 1 fənn proqramının müəllifidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region
Qahirədə Ərdoğan və Sisi arasında təkbətək görüş keçirildi
16:54 04.02.2026
Dünya
Zaxarovadan Türkiyəyə çağırış: Onlara mane olun!
16:53 04.02.2026
Gündəm
İsrailin elmi nailiyyətləri Azərbaycana yol açır - Ekspert
16:48 04.02.2026
Texnologiya
Sosial problemlər uşaqları müdafiəsiz qoyur - Mehriban Zeynalova
16:36 04.02.2026
Cəmiyyət
Rusiyadan açıq müharibə mesajı: Bu ölkələri hədələdilər
16:18 04.02.2026
Dünya
20 Yanvar dairəsində xaos yaşanır - EKSPERT
16:11 04.02.2026
Aktual
“Məhbuslar ailəyə birbaşa buraxılmamalıdır” - Hüquq müdafiəçisi
16:01 04.02.2026
Aktual
Qalibafın oğlu Avstraliyanı tərk etdi
15:53 04.02.2026
Dünya