Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
Yusif Nəzərli
09:12 05.03.2022
Elm və Təhsil
799
“Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 01.02.2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Peşə təhsili alan gənclərin turizmdə sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsi” adlı layihəyə start verib.
Layihə Qax və Zaqatala rayonlarında peşə təhsili müəssisələrində təhsil alan və hazırda məzun olan gənclərimizdən ibarət komandalar (10 komanda) təşkil olunacaq və onlara turizm sahəsində sahibkarlıq və biznes ideyalarının təhlil olunması üçün köməklik göstəriləcək. Uğurlu ideyalar seçilərək komandalar tərəfindən həyata keçiriləcəkdir.
Layihənin əsas məqsədi – peşə təhsili müəssisələrində təhsil alan və məzun olan gənclərimizə turizmdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və öz biznes layihələrini həyata keçirmək üçün biznesin təşkili və inkişafı sahəsində məlumatlandırma işini təşkil etmək, onların davamlı fəaliyyət üçün effektiv təcrübənin təşviq edilməsinə yardım göstərməkdən ibarətdir.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 100 gəncə turizm xidməti və sahibkarlığın müxtəlif sahələrinə dair maliyyə savadlılığı və biznes planlarının hazırlanması təlimləri keçiriləcək və uğurlu biznes planlar hazırlayanacaqdır. Layihə Qax və Zaqatala rayonlarında peşə təhsili alan gənclərin iştirakı ilə həyata keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm