Azərbaycanda 17 radio stansiya üzrə 127 ədəd yeni radiotezlik nominalı ayrılıb
Yusif Nəzərli
07:17 22.07.2024
Texnologiya
1420
Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinq keçirilib.
Sherg.az xəbər verir ki, sərəncamın məqsədi radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla ümumölkə radio kanallarının proqramlarının bütün ölkə ərazisində yayımının təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, eləcə də yeni texnologiyaların tətbiqi ilə müəyyən ərazilərdə eyni radiotezlikdə radiosiqnalların qəbul imkanının yaradılması və nəticə etibarilə əhalinin yerli radio proqramlara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılmasıdır.
Brifinqdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov, RİNN-in tabeliyində olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) və Dövlət Radiotezliklər İdarəsinin, həmçinin media subyektlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Sərəncamın icrası ilə bağlı çıxışlar zamanı bildirilib ki, sözügedən Sərəncam ümumilikdə medianın inkişafı üçün böyük töhfədir və FM radio yayımçılarına dövlət tərəfindən göstərilən ciddi dəstəyin nümunəsidir. Bu baxımdan brifinqin Milli Mətbuat Günündə keçirilməsinin təsadüfi olmadığı vurğulanıb.
Qeyd edilib ki, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi məqsədilə nəzərdə tutulan 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı, 44 ədəd RDS (Radio Data Sistemi) qurğusu ölkə xaricindən tədarük edilib.
Eləcə də 17 stansiya üzrə 127 ədəd yeni radiotezlik nominalı ayrılıb. Ayrılmış radiotezlik nominallarının qonşu ölkələrlə koordinasiyası işləri davam etdirilir.
Artıq nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində yayım avadanlıqları quraşdırılıb və sınaq yayımlarına başlanılıb. Hazırda texniki-tənzimləmə, həmçinin stansiyalarda təmir işləri davam etdirilir.
Eləcə də fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması və nəzərdə tutulan digər məsələlərin həlli istiqamətində intensiv işlər aparılır.
Sərəncamın icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən ümumölkə radio proqramlarının bölgələrdə də qəbulu mümkün olacaq. Bununla da regionlarda qəbul olunan yerli radio proqramlarının sayı qonşu ölkələrdən daxil olan kənar FM radio yayımlarının sayına nisbətdə artacaq.
Brifinqdə mövzuya uyğun olaraq videosüjet və təqdimat nümayiş etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi