İnsansız robotlar “robot məktəblərində” iş həyatına hazırlanır

Süni intellekt və robot texnologiyalarındakı sürətli inkişaf nəticəsində insansız robotlar laboratoriyalardan çıxaraq real iş mühitində istifadə olunmağa başlayıb.

Sherg.az xəbər verir ki, ABŞ-nin Texas ştatında fəaliyyət göstərən Apptronik şirkəti yüzlərlə insansız robotun təlim keçdiyi və “robot məktəbi” adlandırılan Robot Park mərkəzini istifadəyə verib.

Burada “Apollo 2” adlı robotlar günün 24 saatı logistika, istehsal və pərakəndə satış sahələrində yerinə yetirəcəkləri tapşırıqlara hazırlanırlar. Robotlar qutuların daşınması, malların çeşidlənməsi, rəflərin yığılması, inventar yoxlaması və qapıların açılması kimi əməliyyatları dəfələrlə təkrarlayaraq öyrənirlər.

Mütəxəssislər bildirirlər ki, robotlar operatorların hərəkətlərini təqlid etməklə təlim keçir, toplanan məlumatlar isə süni intellekt sistemləri vasitəsilə analiz olunur. Bu proses nəticəsində robotlar getdikcə daha müstəqil fəaliyyət göstərməyə başlayırlar.

Hazırda əsasən istehsal və logistika sahələri üçün hazırlanan insansı robotların gələcəkdə səhiyyə, ev təsərrüfatı və digər sahələrdə də istifadə olunması planlaşdırılır. Mütəxəssislərin proqnozuna görə, 2028–2030-cu illərdə insansı robotlar gündəlik həyatın adi bir hissəsinə çevrilə bilər.