
Mütəxəssis: Bəzi qaydalara əməl etməklə kiberdələduzluq riskini minimuma endirmək mümkündür
08:48 05.02.2025
Texnologiya
836
Son dövrlərdə kiberdələduzlar daha da inkişaf edib və yeni üsul və texnologiyalarla vətəndaşları aldatmağa başlayıblar. Məsələn, onlar daha çox sosial mühəndislik üsullarına, o cümlədən telefon zəngləri, SMS və e-poçt vasitəsilə saxta bank bildirişləri göndərməklə, insanların şəxsi məlumatlarını əldə etməyə çalışırlar. Sizcə, bu cür kiberdələduzluq hücumlarına qarşı mübarizə yolları nə olmalıdır?
Sualımızı cavablandıran informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, xüsusilə süni intellektin (SI) imkanlarının genişlənməsi ilə dələduzlar daha mürəkkəb və inandırıcı üsullardan istifadə etməyə başlayıblar:

“Bundan əlavə, real görünən elektron nömrələrdən edilən zənglərlə insanlardan bank kartı məlumatları əldə etməyə cəhd edirlər. Bu halların artmasının əsas səbəblərindən biri texnologiyanın sürətli inkişafı və kibercinayətkarların yeni metodlardan istifadə etməsidir. Süni intellekt və deepfake texnologiyalarının yayılması dələduzlara insanların səsini, hətta görüntüsünü klonlaşdırmağa imkan verir. Bu da onların daha inandırıcı görünməsinə səbəb olur. Digər bir səbəb isə insanların kifayət qədər texnoloji savada malik olmamasıdır. Bir çox insan, xüsusilə yaşlı nəsil, texnoloji yeniliklər barədə məlumatlı olmadığı üçün dələduzların tələsinə daha tez düşür. Sosial mühəndislik üsulları da burada mühüm rol oynayır. Dələduzlar insanları qorxu, təcili qərar vermək məcburiyyəti və ya emosional təsir vasitəsilə aldatmağa çalışırlar. Bu cür hallardan necə qorunmaq olar? İlk növbədə, hər kəs bilməlidir ki, banklar və ya rəsmi qurumlar telefon zəngi ilə heç vaxt kart məlumatlarını, PIN kodunu və ya təsdiq kodunu istəmir. Əgər kimsə sizə bu cür məlumatları soruşursa, bu böyük ehtimalla dələduzluq cəhdidir. Yaxınlarınızın adından sizə şübhəli zənglər edilərsə, əvvəlcə həmin şəxsə başqa bir üsulla – məsələn, videozəng və ya başqa bir telefon nömrəsi vasitəsilə zəng edərək məlumatın doğruluğunu yoxlayın. Bundan başqa, iki faktorlu autentifikasiya (2FA) istifadəsi vacibdir. Bank hesablarınıza giriş zamanı bu funksiyanı aktiv etsəniz, hətta dələduzlar sizin şifrənizi əldə etsələr belə, əlavə təsdiq kodu olmadan hesabınıza daxil ola bilməyəcəklər”.
Ekspertin sözlərinə görə telefon nömrələrinə gələn zənglərə də diqqətli olmaq lazımdır:
“Dələduzlar real görünən nömrələrdən zəng edə bilirlər, lakin bu, onların həqiqətən də bank və ya rəsmi qurum olmasını təsdiqləmir. Əgər sizə banka aid olduğu deyilən bir zəng gələrsə, zəngi sonlandırıb bankın rəsmi nömrəsinə özünüz geri zəng edin və məlumatın doğruluğunu dəqiqləşdirin. Elektron poçt və mesajlar vasitəsilə göndərilən naməlum linklərə keçid etməmək də kibertəhlükəsizliyin vacib qaydalarındandır. Dələduzlar tez-tez saxta bank və ya sosial media səhifələrinə bənzəyən vebsaytlar yaradır və istifadəçiləri bu səhifələrə yönləndirərək onların şəxsi məlumatlarını oğurlayırlar. Əgər sizə hər hansı bir link göndərilibsə və bu bank və ya rəsmi qurum tərəfindən göndərildiyini iddia edirsə, həmin qurumun rəsmi saytına birbaşa daxil olub məlumatı yoxlamaq daha təhlükəsizdir. Dələduzların əsas hədəfi insanların emosiyalarını manipulyasiya edərək onları tələyə salmaqdır. Həmçinin dələduzlar insanları stres vəziyyətinə salaraq onların sağlam düşünmə qabiliyyətini zəiflətməyə çalışırlar. Qeyd edilən bu kimi qaydalara əməl etməklə kiberdələduzluq riskini minimuma endirmək mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual