Süni intellekt vasitəsilə hazırlanan saxta uşaq istismarı görüntülərinin artması fonunda mütəxəssislər valideynləri övladlarının fotolarını sosial şəbəkələrdə hər kəs üçün açıq şəkildə paylaşmamağa çağırıblar.

Sherg.az xəbər verir ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) və İnternet Nəzarəti Fondu (IWF) valideynlər üçün xüsusi tövsiyələr hazırlayıb. Bildirilir ki, sosial media hesablarının "özəl" rejimə keçirilməsi, paylaşımların yalnız yaxın çevrəyə açıq olması və uşaqların şəkillərini kimin görə biləcəyinə nəzarət edilməsi vacibdir.
Qurumlar həmçinin ailələrə məktəblər və digər təşkilatlarla uşaqların fotolarının internetdə paylaşılması məsələsini əvvəlcədən müzakirə etməyi tövsiyə ediblər.

Araşdırmalara görə, 2025-ci ildə süni intellekt vasitəsilə hazırlanmış 3 440 uşaq istismarı videosu aşkarlanıb. Halbuki 2024-cü ildə bu göstərici cəmi 13 olub. Mütəxəssislər bildirirlər ki, cinayətkarlar süni intellekt texnologiyalarından istifadə etməklə uşaqları hədəfə almaq üçün yeni üsullar tətbiq edirlər.