“Paşinyana qarşı daxili hücumlara start verilir" - AKTUAL ŞƏRH

"Dövlət başçısı İlham Əliyevin Ermənistana verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edən amildir. Məhz prezidentin bu mesajlarından sonra Ermənistan ictimai rəyində ciddi narahatlıqlar yaranır və Paşinyana qarşı daxili hücumlara start verilir". 
Bu sözləri "Sherg.az"a Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədulazadə deyib.  
Həqiqətən də Ermənistanın  bu gün faşizm ideyalarının daşıyıcısı olduğunu vurğulayan politoloq hesab edir ki, dövlət başçısı artıq bunu beynəlxalaq auditoriya qarşısında qaldırmaqla  İrəvanın yeritdiyi işğalçılıq  siyasətinin mahiyyətini ortaya qoyub: 

"Qarabağla bağlı Avropa Şurasının qərarlarında qərəzin olması heç də Azərbaycanın öz ədalətli mövqeyinə kölgə salmış olmayacaq. 

Azərbaycanın ərazi bütövlüyü və münaqişənin beynəlxalq hüquqa uyğun olaraq həlli prosesi daima Beynəlxalq təşkilatlarda dəstək verilib. Hesab edirəm ki, bu dövlət başçısının apardığı məntiqli siyasətin bariz nümunəsidir.

Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistan işğalçı ölkə kimi təsbit edilib. Məhz bu istiqamətdə verilən açıqlamalar çox mühümdür və Ermənistana qarşı aparılan bu siyasət davam edəcəyinin göstəricisidir.

Bu gün Azərbaycan ordusu kifayət qədər güclənib və bu sahədə Azərbaycanala Ermənistanın ayaqlaşması mümkün deyil. Yalnız Rusiyanın köhnə silahlarına ümid edən işğalçı ölkə Azərbaycanın gücü qarşısnda acizdir. 

2016-cı ilin aprel döyüşləri  də bunun bariz nümunəsidir.  Bu gün Azərbaycan xalqı öz ordusunun arxasındadır və ərazilərin azad olunması üçün istənilən əmrə dəstəkdi. Məhz xalq Qarabağ məsələsində yekdil olaraq bir qarış torpağın belə güzəştinə razı deyil.

Qarabağ məsələsi Azərbaycan xalqı və dövləti üçün qırmızı xəttdir və prezident İlham Əliyev bu qırmızı xətti daim Ermənistana göstərib. Mütləq şəkildə Azərbaycan öz ərazilərini bərpa edəcək, xalq və dövlət birliyi zəfər çalacaq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu