"VPN"dən istifadənin TƏHLÜKƏSİ: “Bank hesabınızdan vəsaitin çəkilməsi...”

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks-hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi: rayon, kənd, qəsəbə və yüksəkliklərimizi işğaldan azad edib. Lakin müharibə yalnız ön cəbhədə deyil, həm də arxa cəbhədə gedir. Düşmənin təxribat məqsədilə mediaya dezinformasiya sızdırmaq cəhdlərinin qarşısı alınır. Bu mənada haqlı olaraqdan ölkəmizdə internetin istifadəsinə məhdudiyyət qoyulub. Çünki təxribat məqsədilə yayılan dezinformasiyalar xalqda ruh düşkünlüyü yarada bilər.

Həm də bu addım bizim tərəfdən sosial şəbəkələrdə yayılması qadağan olunan və hərbi təhlükə yarada biləcək foto və videoların yayılması riskini azaldır. Belə olduğu təqdirdə ölkə ərazisində internetə çıxışı təmin edən "VPN" proqramlarından geniş istifadə olunmağa başlandı. Bu isə birbaşa təhlükə yarada bilər. Səbəb isə "VPN"dən istifadə edən zaman məlumatların bu proqramın serverləri üzərindən keçib ünvana çatmasıdır. Belə olan halda artıq 3-cü şəxsin məlumatları əldə etmək imkanı olur.


Bəs "VPN"dən istifadə zaman hansı elementar qaydalara əməl etməliyik? Bütün "VPN" proqramları təhlükəlidirmi?

Suallarımızı cavablandıran media məsələləri üzrə mnütəxəssis Ələsgər Məmmədli "Sherg.az”a açıqlamasında bildirib ki, reytinqi yüksək olan "VPN" proqramlarından istifadə edilməlidir:

"Ümumiyyətlə, "VPN" proqramları IP dəyişdirərək internetə girişi təmin edir. Xüsusən internetə rəsmi strukturlar, ya da provayderlər tərəfindən blok qoyulanda bu proqramlar ölkənin giriş kodunu dəyişərək internetə girişi təmin edir.

"VPN"dən istifadə zamanı ən diqqət edilməli tərəf bunu yaradanların nə qədər real kooperasiya olduqlarını və arxasında hansı məqsədin dayandığını bilməkdir.

Məsələn, sizin məşhur "Google Home Max" proqramından istifadə etməyinizdə heç bir təhlükə yoxdur. Çünki bu proqram təhlükəsizliyi təmin edir. Və yaxud "Tor VPN" IP dəyişmə xüsusiyyətinə malik ixtisaslaşmış proqram olduğu üçün ondan  istifadə etməyiniz heç bir təhlükə yaratmır.

Ancaq müəyyən boşluqlardan istifadə edilərək yaradılan proqramlar daxil olma zamanı sizdən şəxsi məlumatlarınızı, məsələn bank kartı şifrənizi daxil etməyinizi tələb edə bilər. Bu isə daha sonra bank hesabınızdan vəsaitin əskiləməsinə və hətta başqa problemlərə də yol aça bilər.

Buna görə də reytinqi yüksək olan və istifadəçilərin təhlükəsizliyini qorumağa üstünlük verən "VPN" proqramlarından istifadə oluna bilər”.

Aysel İbrahimova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu