Bu yaz Ermənistanda etirazların aktivliyi qalxa bilər.
Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, indiki hakimiyyət sevinməlidir ki, müxalifət əvvəldən siyasi mübarizə metodu seçib:
“Əgər siyasi proseslərə ümid ölürsə, onda bütün proseslər başqa mənbəyə keçir”.
Köçəryan növbəti seçkidə (növbədənkənar parlament seçkisi nəzərdə tutulur – red.) iştirak edəcəyini deyib:
“Öz komandamla iştirak edəcəm və qalib gələcəyik”.