ABŞ Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edir

Amerika Birləşmiş Ştatları yəhudi dövləti üçün təhlükəsizlik təminatlarının olacağı təqdirdə Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

O həmçinin, israilli girovların tezliklə azad olunmasına HAMAS-ın razılıq verəcəyinə ümid etdiyini deyib.