Beyləqanda 4 nəfərdən marixuana aşkarlanaraq götürülüb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbirlər zamanı Zaur Musayev, Ağamoğlan Kərimov, İlkin Fərəcov və Rahil İsmayılov saxlanılıblar.

Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Beyləqan RPŞ-də cinayət iṣləri başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri özlərində olan 8 ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.