Bərdədə iki gün əvvəl itkin düşən 15 yaşlı qızın torpağa basdırılmış meyiti tapılıb

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.