Bu günün valyuta məzənnələri açıqlanıb.
2024-cü il sentyabrın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0.0501 manata kimi, Rusiya rublu 0.0189 manata kimi, Avro isə 1.8792 manata kimi bahalaşıb.
Maraqlıdır, bundan sonrakı mərhələdə dolların ucuzlaşması gözləniləndirmi?
Məsələ ilə bağlı danışan iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a söyləyib ki, dünyada dollar ucuzlaşa bilər:
''Bunun müəyyən faktorların təsiri var. Hazırda neftin qiymətində də ucuzlaşma baş verir. Doğrudur, dünyada inflyasiya prossesləri səngiyib. Bu da Amerikanın Federal Ehtiyyatlar Sisteminin uçot dərəcəsinin keçən il artırılması ilə bağlıdır. Sözsüz ki, həmin nüans dolların bahalaşmasına səbəb oldu. Artıq iqtisadiyyatın dinamikasını artırmaq üçün ucuz dollara ehtiyac var. Bu da iqtisadi fəalliyəti yüksəldəcək. Fikrimcə, bu baxımdan dolların ucuzlaşması aktual ola bilər. Təbii ki, prosses iqtisadi tendensiyadan, bazar konyunkturasından asılıdır. Həmçinin, buna hazırda Rusiya-Ukrayna arasında gedən müharibənin bitib-uzanması da təsir edə bilər".