Bələdiyyələrə xidmət haqları nağdsız qaydada köçürüləcək

Bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək.
Sherg.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda bələdiyyə vergiləri nağdsız qaydada köçürülür.