Naxçıvan Universitetinə bu il tələbə qəbulu aparılmayıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Universiteti rəsmi şəkildə ləğv edilib. Ləğv edilmə ilə bağlı müraciət fevral ayında təsdiq olunub.
Məlumatda qeyd edilib ki, tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb.