Ulduz hücumçu Luis Suares Uruqvay millisində son oyununu keçirməyə hazırlaşır. Təcrübəli futbolçu qərarını izah edərkən göz yaşlarına boğulub.
Sherg.az xəbər verir ki, Luis Suares Uruqvayın Montevideo şəhərindəki "Centenario" stadionunda mətbuat konfransı keçirərək, Uruqvay milli komandasını tərk etdiyini açıqlayıb.
Luiz Suares qərarını açıqlayarkən emosional anlar yaşayıb və göz yaşlarına hakim ola bilməyib.
Uruqvayın bütün zamanların ən yaxşı bombardiri 2026-cı ildə Şimali Amerika futbol üzrə dünya çempionatının Cənubi Amerika seçmə mərhələsində bu cümə günü Montevideoda Paraqvaya qarşı Uruqvay millisinin heyətində son oyununu keçirəcəyini açıqlayıb.
Təcrübəli futbolçu "Cümə gününə qədər milli üçün hər şeyi verdiyim üçün rahat ayrılıram. Peşman deyiləm. Özünüzü tərifləməyin ən yaxşı yolu təqaüdə çıxmaq üçün doğru zaman olduğunu bilməkdir" deyib.