İsrail Baş naziri Benyamin Netanyahu nümayəndələrinə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün Dohaya getməyi tapşırıb.
Axar.az xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, Netanyahu kəşfiyyat xidmətinin rəhbərini, Baş Təhlükəsizlik Xidmətinin rəhbərini, istefada olan general-mayor Nitzan Alon və siyasi məsləhətçi Ophir Falkı səfərə göndərib.