Yeni araşdırma: Evlilik kişilərə yarayır, qadınlara yox...

Çoxumuz üçün təəccüblü olmayanı elm də təsdiqlədi. "Evlilik kişilərə yarayır, qadınlara deyil!" deyənlər haqlı çıxdı.
Bəzi kişilər bir- biri ilə  söhbətlərində nədənsə evli kişilər həmişə "Evlənmə, a kişi, niyə evlənməlisən? Biz elədik, əlimiz balamı batdı?". Yəqin ki çox adam belə heyrətamiz “təkliflərin” şahidi olub.

Amma nədənsə o kişilər evli qalmaqda davam edirlər... Evliliyi ləkələmək az qala “müqəddəs” vəzifədir.

Onların xarici dünyaya təqdim etdikləri həyat tərzi evdə həyat yoldaşları tərəfindən “işgəncələrə məruz qalmaları”dır.

Evlilikdən bezmiş, lakin bundan imtina edə bilməyən “kasıb” kişilərə bəd xəbər verək: “Evlilik qadına yox, həmişə kişilərə fayda verir!”. Bunu deyənlər haqlıdırlar.

Sherg.az xəbər verir ki, Yeni bir araşdırma göstərdi ki, evlənən kişilər, evlənməyənlərə  nisbətən daha yavaş yaşlanır, lakin bunu qadınlar üçün söyləmək olmaz.
Təəccüblümü? Xeyr! Çünki bu, ya bir çoxlarımızın gözləmədiyi, ya da dostlar arasında müzakirələrdə irəli sürülən tezis idi. Yeni olan o idi ki, bu, elmi araşdırma mövzusu idi.

Bu yaxınlarda “International Social Work” akademik jurnalında dərc edilən bir araşdırma, evliliyə “hə” deməyin qocalma prosesinə necə təsir etdiyini araşdıraraq dərin bərabərsizlikləri ortaya çıxardı.

Kanadanın Toronto Universitetinin tədqiqatçıları insanların ailə vəziyyətinin onların sağlamlığına necə təsir etdiyini anlamaq üçün 20 il ərzində 45-85 yaş arası böyüklərin sağlamlığını və rifahını izləyiblər.
Hər bir iştirakçının “uğurlu bir şəkildə” qocalıb-qocalmadığını müəyyən etmək üçün meyarlar siyahısına əsaslanıb. Meyarlar nə idi? Fiziki sağlamlıq və psixi sağlamlıq, o cümlədən insanın başqaları ilə qarşılıqlı əlaqədə olmaq və sosial situasiyaları idarə etmək qabiliyyətini vurğulayan sosial sağlamlıq və fərdin özünü psixi və fiziki baxımdan necə qəbul etdiyini təsvir edən şəxsi (özünü) qavrayışı araşdırılıb. .

Araşdırma nəticəsində məlum olub ki, ümumilikdə evli kişilər heç vaxt evlənməmiş həmyaşıdlarına nisbətən daha uğurlu yaşlanır. Ancaq bu, onların evli qalmaları durumunda keçərlidir. Həyat yoldaşının boşanması və ölümünün qocalma göstəricilərinə mənfi təsir etdiyi düşünülürdü.
Nəticələrə görə, evli qadınlar heç evlənməmiş həmyaşıdlarından çox da fərqli yaşlanmırlar.
Ancaq evləndikdən sonra ayrılanların evli və subay dostları ilə müqayisədə dezavantajlı olduqları aşkar edildi.

QADINLAR YALNIZ  OLANDA  DAHA XOŞBƏXTDİRLƏR

Toronto Universitetində aparılan və "Social Psychological and Personality Science" jurnalında dərc edilən bir araşdırma, qadınların tək qalmaqdan daha xoşbəxt olduğunu, başqasını istəməyə daha az meylli olduqlarını, cinsi baxımdan daha çox məmnun olduqlarını və ümumiyyətlə həyatdan daha çox məmnun olduqlarını ortaya qoydu.

Mütəxəssislər bunun səbəbini evlilikdə daha çox ev işlərini öz üzərlərinə götürmələri və cinsi həzzin kifayət qədər qiymətləndirilmədiyi üçün romantik münasibətlərin onlar üçün daha az qazanclı olması ilə əlaqədar olduğunu bildirib. Bu nəticənin səbəbi kimi qadınların daha çox dəstəkləyici platonik münasibətlərə malik olmasını da göstərib.

QADINLARIN ÖMRÜNÜ UZADIR

Bəli, qadınlar tək xoşbəxtdirlər, lakin Qlobal Epidemiologiya jurnalında dərc olunan son məlumatlar nikahın qadınlarda ölüm nisbətini üçdə bir azaltmağa kömək etdiyini göstərdi.

Bu yaxınlarda "Nature Human Behavior" jurnalında dərc edilən başqa bir araşdırma, subay insanların evli həmyaşıdlarına nisbətən psixi sağlamlıq problemləri yaşama riskinin daha yüksək olduğunu göstərdi.

Tədqiqatçılar evli olmayan insanların depressiyaya düşmə ehtimalının evlilərə nisbətən 79 faiz daha çox olduğunu müəyyən ediblər. Eyni dərəcədə narahatedicidir ki, həyat yoldaşını itirmiş qadınların bu xroniki xəstəliklə mübarizə riski 64 faiz, boşanmış insanlar isə evli insanlarla müqayisədə 99 faiz daha çox depressiyadan əziyyət çəkirlər.

Bütün bu fərqli araşdırmaların nəticələrinə baxsaq, evlilik kişilərin daha yavaş yaşlanmasına səbəb olsa da, qadınlar üçün subay həmyaşıdları ilə müqayisədə əhəmiyyətli bir fərq yaratmır. Üstəlik, qadınlar təkbaşına həyatlarını daha qənaətbəxş yaşayırlar. Amma başqa nöqteyi-nəzərdən baxdıqda, evlilik qadınlarda ölüm nisbətini üçdə bir azaltmağa kömək edir. Hansına üstünlük verirsiniz?

EVLİLİKLƏR AZALIR

Türkiyə subaylığa  verir. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2022-ci ildə evlənən cütlüklərin sayı 575 min 891, 2023-cü ildə isə 565 min 435 olub.

Aİ ölkələrində də nikahlar azalır. Bəzi ölkələr doğum nisbətini artırmaq üçün öz vətəndaşlarına stimul verir.

Kişiləri həvəsləndirməyin bəlkə də ən yaxşı yolu “Evlənərsən, qocalmazsan” demək olar; Qadınlar üçün bu, “Ömrünüz uzanacaq” mənasını verə bilər, siz necə düşünürsünüz?