Rusiyanın Primorye diyarının Naxodka şəhərində həkimlər ürək ritminin ciddi pozulmasından əziyyət çəkən yaşlı qadını xilas ediblər.
Sherg.az “KP-Vladivostok”a istinadən xəbər verir ki, xəstəliyin ağırlaşması nəticəsində qadının ürəyi iki fərqli ritmlə işləyib: qulaqcıqlar dəqiqədə 200, mədəciklər isə cəmi 30 dəfə yığılıb. Bu uyğunsuzluq ürəyin istənilən an dayanması təhlükəsi yaradıb.
Həkimlər əvvəlcə ürəyin fəaliyyətini normallaşdırmaq üçün müvəqqəti xarici kardiostimulyator qoşublar və dərman müalicəsi təyin ediblər. On gün davam edən müalicədən sonra qadının vəziyyəti stabilləşib və ona daimi kardiostimulyator implantasiya olunub.
Hazırda qadın evə buraxılıb və yaşayış yeri üzrə həkim nəzarətindədir.