Rusiyada əcnəbilərin törətdiyi cinayətlərin sayı 39,5% azalıb

2026-cı ilin ilk 9 ayında Rusiyada əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı 39,5% azalıb.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, eyni dövrdə əcnəbilərə qarşı törədilən cinayətlərin sayı da 18,9% azalıb. Cinayət törətmiş əcnəbilərin ümumi sayı isə dörddə birdən çox azalıb.