Oğuzda meşədə yanmış meyit tapılıb

Oğuz rayonunda meşədə meyit tapılıb.

APA xəbər verir ki, hadisə oktyabrın 31-də səhər saatlarinda Oğuz şəhəri ərazisində baş verib.

1965-ci il təvəllüdlü Aqil Rəsulovun yanmış meyiti şəhərin meşəlik ərazisində tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.