Mehmet Ali Erbil nəvəsi Elisanı ilk dərs günündə yalnız qoymadı!

Şəxsi həyatı ilə tez-tez jurnal gündəmində yer alan 67 yaşlı məşhur şoumen Mehmet Əli Ərbil 5 il əvvəl baba olma sevincini yaşayıb. Ərbil ilk dərs günündə nəvəsini tək qoymayıb.
Sherg.az xəbər verir ki, məşhur şoumen Mehmet Ali Erbilin Muhsine Şehnaz Kamiloğlu ilə evliliyindən olan qızı Sezin Erbil 2009-cu ildə Evren Yazqanla ailə həyatı qurub.

Sezin Erbil 2019-cu ildə qızı Elisanı qucağına alaraq ana olub. Məşhur şənlikçi ilk dəfə baba olmaq həyəcanını yaşayıb.

Esila ilə baba olmaq xoşbəxtliyini yaşayan Mehmet Ali Ərbil bir müddət əvvəl sosial media hesabında nəvəsinin məktəbə başladığını açıqladığı fotosunu paylaşıb.

Mehmet Ali Erbil paylaşımında "Nəvəm məktəbə başladı" yazıb.