İsrail HƏMAS-ın bir kilometrlik tunelini məhv etdi

İsrail ordusu Qəzza zolağının şimalında uzunluğu bir kilometrdən çox olan tuneli məhv edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Beyt Lahi bölgəsində HƏMAS-ın yeraltı tunel yolu aşkar olunaraq məhv edilib. Dağıdılan tunel marşrutunun uzunluğu bir kilometri keçir. Hərbçilər tunel marşrutu daxilində silahlar, elektrik infrastrukturu və trolleybus yolları aşkar ediblər”, - məlumatda bildirilib.