Canı belində daşıyan fədakar baba danışdı: "Maddi yardım istəmirəm..."

Hər gün nəvəsini kürəyinə alıb uşaq meydançasına aparır... Nəvəsini  belində daşıyan babanı görənlər duyğulanır, həm də baba ilə nəvə arasındakı bu isti məhəbbətdən  təsirlənirlər. 

Sherg.az xəbər verir ki, nəvəsi Yiğit Canı kürəyində daşıyan görüntüləri ilə sosial mediada gündəm olan fədakar baba Temir Dəmir açıqlama verib. İnşaat ustası olan, lakin nəvəsinə baxmaq üçün 8 ildir işləyə bilmədiyini bildirən Temir Dəmir, "Yiğitlə həyat yoldaşım birgə baxırıq. Böyüdükcə işimiz  çətinləşdiyi üçün işləyə bilmirəm. Ailəmizi digər 2 oğlum saxlayır. Yigitin anası başqa kişi ilə olduğu üçün evdən getdi. Atası isə qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün evi tərk edib. Buna görə Yiğit nənəsini anası, məni isə atası kimi tanıyır" deyib.


Nəvəsini çölə, parka və məktəbə apardığını ifadə edən Dəmir sözlərinə davam edir: "Xəstəliyi səbəbindən oturmağa çətinlik çəkdiyi üçün onu hər zaman kürəyimdə daşıyıram. Mənə heç də çətin görünmür, çünki Yiğit Can mənim canımdır, "Niyə ona körpələr evi vermədin" deyə soruşurlar, ancaq vermərəm. Onu çox sevirik və biz onunla çox xoşbəxtik”. 

Temir Dəmir heç bir maddi gözləntinin olmadığını, sadəcə nəvəsinin müalicə olunmasını istədiyini bildirib. İstanbul valiliyinin onlara müalicəsində köməklik etdiyini deyən Temir Dəmir əlavə edib ki, Yiğit Canın müalicəsi Başakşehir Çam Sakura şəhər xəstəxanasında başlayacaq.

Yiğit Canın xəstəliyi Spina Bifida, epilepsiya və skolyoz olaraq təyin olunur. Komitə tərəfindən araşdırılacaq hesabatın ardından Yiğit Can üçün lazımi müalicə prosedurlarına başlanılacaq.