"Qərbin heyvan saxlamaqla bağlı pis adətləri Azərbaycanda da sürətlə yayılır. İş o yerə çatıb ki, ötən həftə pişiyini əməliyyat etdirmək istəyən adam həkimə 500 manat pul ödəyib".
Bunu Bakupost.az -a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O qeyd edib ki, evdə it saxlamaq, pişiyə qulluq göstərmək Azərbaycan xalqı üçün xarakterik hal olmayıb:
"Mən evində it saxlayan adamları qəbul edə bilmirən. Həyatda itin, pişiyin həyatda öz funksiyası var. Bu heyvanları əyləncəyə çevirən alimlərə ayıb olsun. Çünki onlar iti, pişiyi dünyadan ayırıblar. Elə pişik var ki, qiyməti 50 min dollardır. Bunun üzərində işləyən alimlər nifrətə layiqdir. Yəni kapitalizm cəmiyyətindən irəli gələn bu əcaib hal dünyaya yayılır, dünyada isə böyük miqdarda insan aclığı, uşaq ölümü halları var”.
E.Hüseynov deyib ki, Filippində itlərə xüsusi qulluq edilir, Amerikada isə itlər üçün xüsusi restoran, otellər var:
"Bu əcaib hal dünyaya yayılsa da, düşünürəm ki, azərbaycanlılar bundan uzaq olmalıdırlar. O da məlumdur ki, 75 faiz xəstəliklər insana heyvanlardan keçir. Ona görə də ölkəmizdə xəstəliklər artır. İnsanlarla heyvanlar arasında qalın pərdə olmalıdır ki, özlərini bu xəstəliklərə düçar etməsi
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a söyləyib ki, insanlar artıq daha çox heyvanlara bağlanırlar:
“Ətrafımızdan,yaxınlarımızdan səhvlər, etinasızlıq, vəfasızlıq gördüyümüzə görə insanlarla deyil, heyvanlarla dostluq etmək istəyirik. Artıq insanlar heyvanlara qarşı həssaslaşıblar. Yaralı heyvanlara köməyə gəldikdə isə, hər kəs küçədə gördüyü yaralı heyvan veterana aparıb göstərmir. Yardım edənlərin isə hissiyat olaraq heyvanlara qarşı bağlılığı olur. Bir sözlə heyvan sahiblənmək sevgidən, mərhəmətdən və istəkdən qaynaqlanır”.