AK Partiyada dəyişiklik vaxtıdır: İlk addım prezident Ərdoğanın... 


Yerli seçkilərdən sonra AK Partiyada gündəmə gələn “dəyişiklik” səyləri istiqamətində ilk addım prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində bu gün keçiriləcək MKYK toplantısında atılacaq. İclasın əsas gündəm bəndi qurultay təqvimi və partiyada dəyişiklik olacaq. 

Sherg.az xəbər verir ki, AK Partiyanın 211-ci MKYK toplantısı bu gün prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə partiyanın qərargahında keçiriləcək.

Prezident Ərdoğan avqustun 14-də partiyasının yaranmasının ildönümündə etdiyi çıxışda, "Özünütənqidimizi anlayışla, səmimiyyətlə edirik, nöqsanlarımız olan yerdə cəsarətlə komplekssiz şəkildə aradan qaldırırıq. Önümüzdəki aylarda başlayacağımız Böyük Konqres prosesi təkcə 'vitrin yenilənməsi' olaraq deyil, millətimizin bizdən gözlədiyi hərtərəfli dəyişikliyin əsas təməli olacaq.  Bir kənara çəkilib nəfəs almağa həvəsini itirənlər millətə xidmətə mane olmamalıdır” deyib.