Bakı şəhəri Mətbuat prospektində yol-abadlıq işlərindən sonra, "Azərbaycan" nəşriyyatı ilə üzbəüz ərazidə parklanma yerləri salınaraq volosiped zolaqları çəkilib. Bəziləri isə bundan narazılıqlarını bildirirlər. Söyləyirlər ki, bu həmin ərazidə tıxaca səbəb olacaq.
Maraqlıdır, mətbuat prospektində yeni çəkilən zolaqlar tıxacın yaranmasına səbəb ola bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, Mətbuat prosoektində yol genişdir:
''Ona görə də parkinq zolaqları yerləşdirilib. Ümumiyyətlə, hansı ərazilər genişdirsə, orada volosiped və parkinq zolaqlarının çəkilməsinə cəhd olunur. Bu priotritet məsələlərdən biridir. Əsas yoldan zolağa 17-18 metrədək məsafə var. Əgər belə yollarda zolaqların çəkilməsinə şərait varsa, bundan istifadə etməliyik. Bir sözlə, həmin yerin boş saxlanılmasının bir mənası yoxdur".