Gəncədə yaşayış binasında yanğın olub - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının binanın 3-cü mərtəbəsindəki ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

***
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin mətbəxində anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.