Sabah ilin toyu baş tutacaq! Acun Ilıcalının qonaqlardan bir xahişi var

Acun Ilıcalı ilə sevgilisi Ayça Çağla Altunkayanın sabah axşam baş tutacaq toy dəvəti bəlli olub. Qara dizaynı ilə diqqət çəkən dəvətnamədəki qeyd diqqətdən qaçmayıb. Cütlüyün qonaqlardan xahişi var. Daha əvvəl 3 dəfə evlənən və bu evliliklərdən 4 qızı olan Ilıcalı özündən 30 yaş kiçik sevgilisi Ayça Çağla Altunkaya ilə evlənəcək.


 
Sherg.az xəbər verir ki, Acun Ilıcalı Şeyma Subaşı ilə boşandıqdan bir müddət sonra Ayça Çağla Altunkaya ilə eşq yaşamağa başlayıb.

Eşqlərini evliliklə taclandırmaq istəyən cütlük sabah axşam Esma Sultan Köşkündə həyatlarını birləşdirməyə "hə" deyəcəklər.

Dördüncü dəfə evlənəcək Acun Ilıcalı yaxın dostlarından ibarət kiçik qrupla toy etməyi planlaşdırır.

Cütlüyün toya dəvətnamələri də üzə çıxıb.

Tamamilə qara rəngdə olan dəvətnamədə Acun Ilıcalı və Ayça Çağla Altunkaya qonaqlara toy zamanı “Lütfən, sosial mediaya girməyin” deyiblər. 

Ayça Çağla Altunkaya 2 iyul 1999-cu ildə Yalovada anadan olub.

Nişantaşı Universitetinin tibb bacısı fakültəsini bitirən Ayça Çağla Altunkaya Acun Ilıcalının sevgilisidir.

Basketbola marağı olan Altunkaya məktəb illərində həvəskar kimi basketbol komandasında da iştirak edib.

Tənha həyat sürən Ayça Çağla Altunkaya sosial şəbəkədəki paylaşımları və Acun Ilıcalı ilə münasibəti ilə gündəmə gəlir.