Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Kursk vilayətinin bir hissəsini tədricən yer üzündən siləcək. bu sözləri ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib.
“Bəli, onlar idarə olunan aviabombalarından istifadə edərək tədricən Sucaya zərbələr endirəcəklər, yəni onlar Ukrayna şəhərlərinə etdiklərini Kurska da edəcəklər”, - deyə o bildirib. Eyni zamanda Kovalenko hesab edir ki, Ukrayna Müdafiə Qüvvələrinin Kursk vilayətinin Qluşkovski rayonuna nəzarəti ələ keçirmək perspektivi var.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, belə açıqlamalar Rusiya cəmiyyətində ziyalı, irqçi və şovinist insanlar tərəfindən də səslənir:
"Yəni onlar bildirirlər ki, insanları Kurskdan köçürək və daha sonra həmin ərazini məhv edək. Ümumiyyətlə ruslar Kursk əyalətini döyüş qüvvələri, əsgərlər və tanklarla ala bilməsə, bombalamağa başlayacaq. Hətta, ukraynalıların Kursk vilayətindən çıxması üçün taktiki atom bombası atmaq ehtimalları da var. Çünki Rusiya müharibədə qalib gəlmək üçün hər şey edər. Ona görə də Ukrayna Silahlı Qüvvələrinin Kurskda uzun perspektivini görmürəm”.