İsraili sarsıdan istefa! Ordu elan etdi, Təl-Əviv dayanmır

Təl-Əvivdə sular durulmamış ölkəni sarsıdan istefa xəbərləri gəldi.

Sherg.az xəbər verir ki, İsrailin Qəzza zolağında 40 mindən çox fələstinlini qətlə yetirdiyi müharibənin 333-cü günüdür... Həmas ilə İsrail arasında başlayan müharibənin atəşi bütün bölgəni əhatə edib.

İsrail Quru Qoşunlarının komandanı Tamir Yadai istefa verib. Yadai üç ildir ki, Quru Qoşunlarının komandanı olub və müdafiə naziri Yoav Gallant Yadainin tələbini təsdiqləyib. Yadainin yerini alacaq isim yaxın həftələrdə bəlli olduqdan sonra istefa verəcəyi gözlənilir.  Ordunun məlumatına görə, Yadai hələlik məzuniyyətdə olacaq və daha sonra orduda "mühüm vəzifələrə" namizədliyini təqdim edəcək.