Uşaq bağçasında qalmaqal: 60 uşaq cinsi istismara məruz qalıb

Avstraliyada pedofil Eşli Pol Qriffit uşaq bağçasında işləyərkən 60 qıza qarşı cinsi istismarda günahkar bilinib.

Sherg.az xəbər verir ki, Avstraliya cinsi istismar hadisəsi ilə sarsılıb. Gündüz növbəsində baxıcısı işləyən 46 yaşlı Eşli Pol Qriffit uşaqlara cinsi istismar etdiyini etiraf edib.

Brisbane rayon məhkəməsində baxılan iddiada 307 hadisədə ittiham olunan Qriffit Avstraliya və İtaliyada əksəriyyəti 12 yaşdan kiçik olan 60 qıza qarşı zorakılıq etdiyi üçün məhkəmə tərəfindən günahkar bilinib.

Griffit 2022-ci ilin avqustunda uşaq istismarı məzmunu video hazırladığı üçün polis tərəfindən saxlanılıb.

Qriffitin 2003-2022-ci illər arasında Avstraliyanın on iki müxtəlif bölgəsində və İtaliyanın Piza şəhərində 91 uşağa qarşı 1623 cinayət törətdiyi müəyyən edilib.

Məhkəmə zamanı Qriffitə qarşı irəli sürülən ittihamların bir qismi ləğv edilib. Hazırda həbsdə olan Qriffitin cəzası daha sonra müəyyənləşəcək.