Palamut bolluğu! Qiymətlər yarıya endirildi

Sentyabrın 1-də Trabzonda ov mövsümü açıldıqdan sonra dənizdə palamut bolluğu yaşanır.

Sherg.az xəbər verir ki, Ortahisar rayonunun Moloz bölgəsindəki balıq ovu köşklərində hər biri 40-75 lirə arasında satılan palamut, münasib qiymətinə görə vətəndaşların ən çox seçdiyi balıqlar sırasındadır.

Bazarlarda  istavrit kilosu 75 lirə, dəniz qızılbalığı kilosu 175 lirə, levrek kilosu 250 lirə, 5 palamut kilosu 200 lirədən satılır.


 
Balıqçılar yeni mövsümdə bol palamut olacağını bildiriblər: "Havalar isti olduğundan balıqlar dibdədir. Balıqların zirvəyə çıxması üçün havaların soyuması lazımdır. Palamutun hər birinin qiyməti 75 lirədir. Ən ucuz qidadır hazırda balıq. Qiymətlər normal, hələ yenə düşəcək. Əvvəlki mövsümdə balığın bir ədədinin qiyməti 150-200 lirə idi, indi 75 lirədir. Daha qiymətlər bahalaşmaz, vətəndaşlar normal qiymətə yararlanacaqlar”.