Qəbələdə zəncirvari qəza

Qəbələdə zəncirvari qəza baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, "VAZ-2107", "Great Wall" və "Volkswagen" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2107" markalı avtomobildə olan qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.