“Erməniləri heç bir şəkildə Qarabağa qaytarmaq olmaz”
“Əvvəlcə Qərbi azərbaycanlıları yurdlarına qaytarmaq lazımdır”
Azərbaycandan İrəvana qaçan separatçıların sonuncu lideri Samvel Şahramanyan yenə sərsəmləyib. Belə ki, Şahramanyan Yerablur hərbi panteonunda jurnalistlərlə söhbəti zamanı ermənilərin Qarabağa qaytarılması üçün danışıqlara hazır olduğunu bildirib. Şahramanyan bildirib ki, vaxtaşırı əhalinin öz evlərinə hansı yolla qayıda biləcəyi ilə bağlı müzakirələr gedir, hətta Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyanın rəhbərlik etdiyi xüsusi komissiya da yaradılıb. Onun sözlərinə görə, artıq çoxlu təkliflər və variantlar var. “Artsax” xalqının öz vətəninə qayıtmaq və onu inkişaf etdirmək arzusu var, amma bizim beynəlxalq təminatlarımız olmalıdır, bizim geri dönüşümüz ləyaqətli və ədalətli olmalıdır və ən əsası, bu standartlar təmin olunarsa, o zaman biz danışıqlara hazırıq”,- deyə separatçı bildirib. Paşinyanın ermənilərin qayıdışını qeyri-real hesab etdiyi ifadəsinə cavab olaraq Şahramanyan “Qayıdış bizim hüququmuzdur və bu, Ermənistanın dövlət maraqlarına zidd ola bilməz” cavabını verib. Şahramanyan Dağlıq Qarabağın ləğvi ilə bağlı sənədin hüquqi qüvvəsinin olmadığını və bu barədə Ermənistan hökumətinə və baş nazirinə yazılı məlumat verdiyini söyləyib.
Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Xalq şairi Vahid Əziz “Sherg.az”a söyləyib ki, ermənilər fırıldaqçıdır və onların sözlərinə inanmaq olmaz:
“Ermənilər hansı səbəblə Qarabağa qayıtmalıdırlar? Onlar rədd olub getməlidirlər. 200 ilə yaxın çörəyimizi yedilər, daha sonra isə bizə xəyanət etdilər. İndi yenidən Qarabağa gəlməkdə məqsədləri yenidən xəyanət etməkdən ibarətdir. Erməniləri heç bir şəkildə Qarabağa qaytarmaq lazım deyil. Şahramanyan dələduzun biridir. Ermənilər sadəcə olaraq yalan və fırıldaq şeylər danışırlar. Ermənilərə baş qoşmağa ehtiyac yoxdur. Onlara etibar etmək olmaz. Ermənilər nə qədər azərbaycanlının canına qəsd edib. Görün, necə abırsız və həyasız millətdirlər. Onlar getsinlər, Fransada yaşasınlar, Qarabağda nə işləri var? Fransa Prezidenti Emmanuel Makron ermənilərə dövlət qursun, onlar da həmin ərazidə yaşasınlar. Nə qədər tariximizi saxtalaşdırmaq, görkəmli şəxslərimizi öldürmək olar. Onların bu çirkin oyunlarından yorulmuşuq”.
V.Əziz vurğulayıb ki, biz ürəyiyumşaq millətik:
“Sabahısı gün ermənilərlə qonşu yaşamaq məsələsi gündəmə gəlsə, birlikdə yaşamağa razı olacaqlar. Azərbaycanda şorgöz kişilər erməni haxçıqlarını gətirib evlərinə dolduracaqlar. Ən qorxulusu da elə budur. Ermənistan sülh istəmir, mina xəritələrini verməkdən boyun qaçırır. Necə olur Qarabağda yaşamaq istəyirlər? Erməniləri Qarabağa gətirməkdənsə, Ermənistandan didərgin düşən Qərbi azərbaycanlıları qaytarmaq lazımdır. Möhtərəm Prezident İlham Əliyev düzgün siyasət yürüdür və onları Qarabağa qaytarmır. Azərbaycan heç zaman buna razı olmayacaq. Ümumiyyətlə, xalq olaraq ermənilərin Qarabağa qaytarılmasına imkan verməməliyik”.