BMT-dən Durovla bağlı açıqlama...

Teleqram qurucusu Pavel Durovun saxlanılması və ona qarşı ittiham irəli sürülməsi insan haqları ilə bağlı çoxsaylı narahatlıq yaradan mürəkkəb bir işdir.

Axar.az xəbər verir ki, bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani deyib.

“Bu, çox çətin bir işdir. Bu, bir çox insan hüquqları ilə bağlı narahatlıq doğurur”, - deyə BMT rəsmisi bildirib.

O bildirib ki, departament belə vəziyyətlərin nəzərə alınmalı olduğu parametrləri əks etdirən bir sənəd dərc etməyi düşünür.