Rusiyada kəskin bağırsaq infeksiyası yayılıb

Rusiyanın Kabarda Balkar Respublikasının Baksan şəhərində kəskin bağırsaq infeksiyası yayılması qeydə alınıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kəskin bağırsaq infeksiyası ilə 70 nəfər xəstəxanaya yerləşdirilib.

Region prokurorluğu bağırsaq infeksiyası əlamətləri ilə 200-dən çox insanın həkimlərə müraciət etdiyini açıqlayıb.