2026-cı ilin ilk 10 ayında Ukraynada azı 114 uşaq həlak olub, 1 030 uşaq yaralanıb. Beləliklə, ilin əvvəlindən oktyabrın sonunadək müharibə nəticəsində zərər çəkən uşaqların sayı 1 144-ə çatıb.
Bu barədə “Reuters“ BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına istinadən xəbər yayıb.
UNICEF-in məlumatına görə, 2026-cı ildə qeydə alınan zərər çəkən uşaqların sayı son üç ilin hər birindəki göstəricini ötüb və 2022-ci ildə qeydə alınan 1 386 nəfərlik göstəriciyə yaxınlaşıb.
UNICEF qeyd edib ki, 2026-cı ildə həlak olan uşaqların sayı artıq 2025-ci ilin bütün ili üzrə göstəricini 20 faizdən çox, yaralananların sayı isə təxminən 60 faiz ötüb. Ukraynada orta hesabla hər gün üçdən çox uşaq həlak olur və ya xəsarət alır.