Paris-2024: Lamiyə Vəliyeva qızıl medal qazandı

Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan daha bir qızıl medal qazanıb.

Oxu.Az bildirir ki, bu, paratletimiz Lamiyə Vəliyevanın sayəsində reallaşıb.

Belə ki, idmançımız T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11,76 saniyəyə birinci çataraq qızıl medal qazanıb.