"Qalatasaray" "Yuventus"un yarımmüdafiəçisini transfer edir

"Qalatasaray" klubu "Yuventus"un futbolçusu Filip Kostiçlə razılaşıb.

Oxu.Az "SporX"ə istinadla xəbər verir ki, "sarı-qırmızılar" təcrübəli yarımmüdafiəçinin keçidi üçün "Yuventus" klubu ilə rəsmi razılığa gəliblər.

Filip Kostiç isə "Qalatasaray" rəsmiləri ilə görüşmək və müqavilə şərtlərini danışmaq istədiyini bildirib.

Qeyd edək ki, Filip Kostiç 2022-ci ildə "Frankfurt"dan 14 milyon avro qarşılığında transfer olunmuşdu. Futbolçunun hazırkı transfer dəyəri isə 6,5 milyon avrodur.