Britaniyalı diplomat İran XİN-ə çağırıldı

Britaniya SEPAH-ın Qüds qanadına qarşı sanksiyalar tətbiq etdikdən sonra Britaniyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, məlumatı “Mehr”saytı yayıb.

Qeyd olunub ki, bu, Londonun Tehranla qarşılıqlı əlaqə yaratmaq niyyətinə ziddir.

Britaniyalı diplomat vəziyyəti Londona çatdıracağını bildirib.