Yolun kənarından tapdı

20 min dollara satışa çıxarıb

Türkiyənin Ordu bölgəsində yaşayan Yaşar Aktaş yol kənarında tapdığı qara bir daşın meteorit olduğunu iddia edib və bu səbəbdən onu satışa çıxarıb. O, bölgəyə gedərək araşdırma apardığını və bu daşı tapdığını həmin anda oradan qaynaq edilən zaman gələn qoxunu hiss etdiyini deyib.

Aktaşın sözlərinə görə, şənbə günü səmadan fişəngə oxşar yaşıl rəngli od parçası düşüb. Sonra da həmin cisim yerdə peyda olub. Gecə olduğu üçün həmin yerə gedə bilməyib. Səhəri axtarışa çıxaraq bu daşı tapıb:

 "Düşünürəm ki, bu, göydən düşən meteorit parçasıdır" - deyə fikirlərinə əlavə edib. Qara daşı tapandan sonra onu internetdə satışa çıxarıb. Aktaş deyir ki, Trabzonda bu işi görən insanlar var və hətta kiçik bir parçası belə iyirmi min dollardır. Bu səbəbdən satışa çıxardığını və almaq üçün bəzi şəxslərin müraciət etdiyini də deyib.

Aytac Ali

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu