"Qarabağ" İrlandiyadan sərfəli nəticə ilə dönür (1-1)


"Qarabağ" bu gün Çempionlar Liqaının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirir.
Qol.az-ın məlumatına görə, Ağdam klubu Dublində "Dundalk"ın qonağıdır. İrlandiya çempionu ilə görüş Bakı vaxtı ilə 22:45-də başlayıb.
1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubunu mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası bu rəqibi də keçmək niyyətindədir. Bunun üçün "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
22:45. "Dundalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:1Qol: Mahir Emreli,4 (0:1), P.Hoban, 78 (1:1)Baş hakim: Bartos Frankovski (Polşa)Dublin, "Oriel Park" stadionu