"Metroda da kitabı təbliğ etmək olar, taksidəki kimi..." - Kəramət Böyükçöl 

"Yoxsa hər hansı bir deputat metroda əlində kitabla gəzsə, cəmiyyət o deputata inanmır deyə təbliğatına da inanan deyil"


Sosial şəbəkələrdə bir taksi sürücüsünün maraqlı təşəbbüsü gündəm olub. Belə ki, sürücü avtomobilin arxa oturacaq ciblərinə müxtəlif kitablar yerləşdirərək sərnişinləri yol boyu telefona baxmağa deyil, oxumağa dəvət edib.
Sürücü avtomovilində belə bir elan da paylaşıb: “Telefondan çıx və kitab oxu. 10 dəqiqəlik yolda kitabdan oxuyacağın 10 cümlə getdiyin ünvana dair fikirlərini tamamilə dəyişə bilər”.
Sürücü sərnişinlərin oxuması üçün avtomobilinə müxtəlif kitablar da qoyub. Maraqlı addımı ilə gündəm olan sürücünün kimliyi məlum deyil. Atdığı addım isə alqışa layiqdir.

Yazıçı Kəramət Böyükçöl "Sherg.az"a bildirib ki, metroda da kitab aksiyası keçirilsə yaxşı olar:

“Taksi sürücüsü xalqdan olan adamdı deyə manatlıq taksiyə kitabnan bağlı fikirlər yazmaq insanlara xoş təəssürat bağışlayır. Hər hansı bir deputat metroda əlində kitab ilə gəzsə, cəmiyyət o deputata inanmır deyə o kitab təbliğatına da inanan deyil.  Bu kitab təbliğatı deyil. Metroda hanısısa şəkildə kitab reklamı vurulsa o artıq effekt verməyəcək. Camaat yalanlardan, saxtalardan, oyunlardan və təbii olmayan məsələlərdən yorulub. Metroda kitabı bu şəkildə təqdim etmək maraqlı olar. Taksidəki kimi, təbii olması yaxşı  haldır”.