Pilotumuzun cəsədi tapıldı - Rəşad Atakişiyevin meyitinin qalıqları sudan çıxarılıb


Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb.
Pilotun qayınatası Qabil Hüseynli APA -ya bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.
Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.
Mərhum sabah II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.